Mədəniyyət - AzBaku.org
<language>ru</language>
<description>Mədəniyyət - AzBaku.org</description>
Şuşada Milli Musiqi Günü münasibətilə tədbir keçirilib
Şuşada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəyovun ev-muzeyində tədbir keçirilib.
Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, Milli Musiqi günü münasibətilə əvvəlcə görkəmli bəstəkarın büstünün və heykəlinin önünə gül dəstələri və çələng qoyulub. Tədbir iştirakçılar həmçinin Üzeyir Hacıbəyovun güllələnmiş büstünə və tut bağındakı heykəlinin önünə də gül dəstələri düzərək xatirəsini ehtiram ifadə ediblər.
Daha sonra Üzeyir Hacıbəyovun ev-muzeyində tədbir keçirilib. Tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Milli Məclisin deputatı Polad Bülbüloğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Şuşa rayonundakı idarə və müəssisələrin rəhbərləri, Qarabağ universitetinin nümayəndənləri, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, şəhər sakinləri iştirak ediblər.
Tədbir çərçivəsində dahi bəstəkarın əsərlərindən ibarət musiqi kompozisiyası da səsləndirilib.]]></description>
Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
Bu gün Bakının Xətai və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz olmayacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Təmir-quraşdırma və "Qaz İxrac" İdarəsinə məxsus "Hövsan-Digah" magistral qaz kəmərindən aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M.Hadi, A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra küçələrin və Fazenda yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.]]></description>
Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub. O, bu ilin martında vəfat edib.]]></description>
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
1 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində “44” bədii filminin çoxdan gözlənilən premyerası baş tutacaq.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında bildirib.
Qeyd edilib ki, daha sonra filmin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.
"Premyera ərəfəsində 12 tizer hazırlanıb və qarşıdakı həftələr ərzində onları sizinlə paylaşacağıq. Bu gün isə diqqətinizə filmin rəsmi posterlər silsiləsini təqdim edirik. İlk tizer artıq sabah paylaşılacaq", - paylaşımda qeyd olunub.]]></description>
Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 1005:2026 "Milli simli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər" yeni dövlət standartı qəbul edilib.
Bu dövlət standartının qəbulunda əsas məqsəd xalq musiqisinin solo, ansambl, orkestr ifası və tədris məqsədi üçün nəzərdə tutulan kamança və kamança ailəsinə aid alətlərinin texniki və digər keyfiyyət göstəricilərinin vahid qaydada müəyyənləşdirilməsi, alətlərin istehsalında və qiymətləndirilməsində ümumi yanaşmanın təmin edilməsidir.
Yeni dövlət standartı layihəsi AZSTAND tərəfindən Mədəniyyət Nazirliyinin bazasında təsis edilən "Azərbaycan xalq çalğı alətləri" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 44) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.]]></description>
Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub
Türk Dövlətləri Təşkilatının (TDT) qarşıdan gələn sammiti Türk dövlətləri arasında qarşılıqlı əlaqələrin yeni mərhələsi olmalıdır.
"Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Astanada keçirilən "Türk dünyasının dialoqları: ortaq gələcək, ortaq baxış" mövzusunda panel müzakirəsində bildirib.
Tədbir oktyabrın 29-30-da Ankarada keçiriləcək TDT-nin XIII sammiti ərəfəsində baş tutub.
Duran həmçinin bildirib ki, Türkiyə TDT-də sədrliyi qəbul etdikdən sonra təşkilat daxilində əməkdaşlığı möhkəmləndirmək və beynəlxalq arenada onun rolunu artırmaq niyyətindədir.
Orta Dəhlizin inkişafı, enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsi, ticarət inteqrasiyası, rəqəmsal iqtisadiyyat, süni intellekt, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq TDT çərçivəsində əməkdaşlığın prioritet istiqamətləri adlandırılıb.
Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucu qeyd edib ki, enerji resursları, coğrafi mövqe və tranzit imkanları Türk dünyasının inkişafı üçün əhəmiyyətli potensial yaradır.
İştirakçılar həmçinin universitetlər və alimlər arasında əməkdaşlığı, ortaq Türk əlifbası üzərində işi və humanitar əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
İnformasiya təhlükəsizliyinə xüsusi diqqət yetirilib. Tərəflər dezinformasiya, rəqəmsal manipulyasiyalara qarşı birgə mübarizənin, habelə ortaq kommunikasiya platformalarının inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.]]></description>
Azərbaycan ilə BP şirkəti arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
Mədəniyyət naziri Adil Kərimli BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşüb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüşdə Adil Kərimli Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlığın istiqamətlərindən birinin də mədəniyyət sahəsi olduğunu bildirib.
Şirkətin muzey və sərgilərin təşkili, yaradıcı təşəbbüslərin təşviqi, o cümlədən görkəmli mədəniyyət xadimlərinin irsi ilə bağlı nəşrlərə verdiyi dəstəyinin təqdirəlayiq olduğu vurğulanıb.
Cio Kristofoli Azərbaycanda mədəniyyət sahəsində müxtəlif layihələrə bundan sonra da dəstək göstərəcəklərini diqqətə çatdırıb.
Söhbət zamanı əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda tarixi filmlərin çəkilişi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Nazir C.Kristofolini Mədəniyyət Nazirliyinin Yaradıcı Mərkəzi ilə tanışlığa, həmçinin bu il oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Görüşdə BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli də iştirak edib.]]></description>
Kino Agentliyi 3 illik auditor seçib
Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi 2023-2025-ci illər üzrə maliyyə hesabatlarının auditi üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Sorğunun qalibi "Principal" MMC-dir.
Qalib şirkətə 12 min manat ödəniləcək.]]></description>
Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu
Avqustun 21-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya təxliyə olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib. 
Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Şükufə Yusupova ailə üzvlərinin könüllü müraciəti əsasında avqustun 24-də Yeni Klinikaya təxliyə edilib.
"Hazırda Xalq artistinin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanıb. 
Qeyd edək ki, Şükufə Yusupova avqustun 21-də “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu piyada keçidindən keçərkən avtomobillə vurulub.
Hadisədən sonra o, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xalq artistinə ilkin zəruri tibbi xidmət göstərilib və müayinələr aparılıb. Müayinələrin nəticələrinə əsasən, ona çanaq və qabırğa sınıqları diaqnozu qoyulub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.]]></description>
İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib.
Xalq artisti ilə vida mərasimi Təzə Pir məscidində keçirilir.
Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. O, bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.]]></description>