Sosial - AzBaku.org
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə ikitərəfli görüşlər keçirilib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, federal Baş prokuror Eduardo Kasal ilə keçirilmiş görüş zamanı Kamran Əliyev Azərbaycan ilə Argentina arasında qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin inkişafına ölkəmizin xüsusi önəm verdiyini bildirib.
Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli xarici siyasət kursunda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ölkəmizin tərəfdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi, müxtəlif regionlarla siyasi, iqtisadi və hüquqi əlaqələrin dərinləşməsi, eləcə də dövlətlər və xalqlar arasında qarşılıqlı etimada və faydalı əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi mühüm prioritetlərdəndir. Bu baxımdan, Latın Amerikası ölkələri, o cümlədən Argentina ilə əməkdaşlığın genişləndirilməsi əhəmiyyət kəsb edir.
Baş prokuror Azərbaycanda korrupsiyaya və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizənin gücləndirilməsi və bu çərçivədə prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə həmkarına geniş məlumat verib.
İkitərəfli görüşdə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması, hüquqi yardım sorğularının operativ icrası, sübutların əldə edilməsi, cinayət törətmiş şəxslərin ekstradisiyası ilə bağlı səlahiyyətli orqanlar arasında əlaqələndirmə və beynəlxalq hüquqi əməkdaşlığın digər aktual məsələləri müzakirə olunub.
Tərəflər habelə, cinayət təqibindən kənar icraat sahəsində təcrübə mübadiləsi, korrupsiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və müasir cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Bu kontekstdə qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması və transmilli cinayətkarlıqla mübarizədə səylərin əlaqələndirilməsi baxımından Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) kimi nüfuzlu təşkilatların rolu xüsusi vurğulanıb. Həmçinin Argentina Baş prokurorunun prezidenti olduğu İbero-Amerika Prokurorlar Assosiasiyası çərçivəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Həmin gün Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə keçirilmiş ikitərəfli görüşdə Kamran Əliyev iki qurum arasında formalaşmış əməkdaşlıq əlaqələrini məmnunluqla xatırladaraq, 2019-cu il sentyabrın 18-də Buenos-Ayres şəhərində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində əməkdaşlığa dair sənədin imzalanmasının qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Eləcə də, 2023-cü il martın 23-də Yunanıstanın Afina şəhərində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidməti arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mövcud tərəfdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirdiyi qeyd olunub.
Həmçinin, hər iki görüşdə iki ölkənin prokurorluq orqanları arasında birbaşa peşəkar əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı ekspert səfərləri, birgə təlimlərin təşkili və cinayət işlərinin istintaqında qabaqcıl təcrübənin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, beynəlxalq və regional təşkilatlar, o cümlədən BPA çərçivəsində əməkdaşlığın davam etdirilməsinə dair məsələlər də görüşlərin müzakirə predmetini təşkil edib.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək.
Bu barədə QMİ-dən məlumat verilib.
Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsusi Müşavirinin Ofisi (UNOSAPG) və Dini və Ənənəvi Sülh Qurucuları Şəbəkəsinin birgə hazırladığı, BMT-nin Baş Katibi Antonio Qutteriş tərəfindən təqdim olunmuş "Sülh vasitəçiliyi yolu ilə nifrət çağırışlarına qarşı mübarizə, soyqırımı və kütləvi vəhşilik cinayətlərinin, eləcə də onlara təhrikin qarşısının alınması üzrə ənənəvi və yerli liderlər, habelə xalqlar üçün Maskat Fəaliyyət Planı"na həsr olunmuş beynəlxalq platformadır.
Vurğulanıb ki, forum BMT-nin Beynəlxalq Tolerantlıq Gününə təsadüf edir. Bu, Maskat Fəaliyyət Planının əsasında dayanan dialoq, qarşılıqlı hörmət, inklüzivlik və dinc birgəyaşayış dəyərlərini bir daha təsdiqləmək üçün münasib fürsətdir. Forum ənənəvi və yerli liderləri, habelə xalqları, dini liderləri, hökumət nümayəndələrini, BMT qurumlarını və sülh quruculuğu sahəsində çalışan mütəxəssisləri bir araya gətirəcək. Burada mədəniyyətlərarası və dinlərarası dialoqun ənənəvi və yerli liderlərin, habelə xalqların öncül rolu və birgə səylərilə parçalanmaların aradan qaldırılmasına, sosial həmrəyliyin möhkəmləndirilməsinə, daha dinc və dayanıqlı cəmiyyətlərin qurulmasına töhfələri müzakirə ediləcək.
A.Paşazadə Maskat Forumunun Maskat Fəaliyyət Planının qlobal icra çərçivəsinin təqdimatına həsr olunmuş Yüksək səviyyəli açılış hissəsində çıxış edəcək.
Milli Məclis 2027-ci ilin büdcə layihəsini gələn həftə müzakirəyə çıxarır
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasları noyabrın 16,17, 18-i keçiriləcək.
İclasların gündəliyinə 10 məsələ daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
3. "İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4. "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
5. "Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə, "Pasportlar haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Müflisləşmə və iflas haqqında", "Yol hərəkəti haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında", "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Həmkarlar ittifaqları haqqında", "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yaşayış minimumu haqqında", "Sosial müavinətlər haqqında", "Təhsil haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Məktəbəqədər təhsil haqqında", "İşsizlikdən sığorta haqqında", "Ümumi təhsil haqqında", "Siyasi partiyalar haqqında", "Diplomatik xidmət haqqında" və "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
8. Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Yerin təki haqqında", "Tullantılar haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Tibbi sığorta haqqında", "Avtomobil yolları haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Gömrük tarifi haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Hesablama Palatası haqqında", "Dövlət satınalmaları haqqında" və "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9. Azərbaycan Respublikası Milli Məclisinin 2027-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib.
Bu barədə Azərbaycan XİN-in "X" hesabında məlumat yayıb.
"BƏƏ-nin Füceyrə əmirliyində baş vermiş, 14 nəfərin həyatına son qoyan və onlarla insanın xəsarət alması ilə nəticələnən ağır yol qəzası bizi dərindən kədərləndirib.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq.
Bu ağır gündə Birləşmiş Ərəb Əmirlikləri ilə həmrəy olduğumuzu bildiririk", - deyə məlumatda bildirilib.
Havanın temperaturu 5-10 dərəcə enəcək - Xəbardarlıq
Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun isə ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi proqnozlaşdırılır.
Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Noyabrın 15-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Kamran Əliyev Binəqədidə vətəndaşları qəbul edəcək
Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi xəbər verir.
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir
Yaxın saatlarda Dublində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir.
Bu barədə APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir.
Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib
Bakı şəhərində "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Təlim-Tədris üzrə işçi qrupunun fəaliyyəti üzrə seminar keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, seminarda hər iki ölkə ordularının komanda-nəzarət, radioelektron mübarizə və kibertəhlükəsizlik qabiliyyətlərinin inkişaf etdirilməsi, həmçinin göstərilən sahələrdə dünyada cərəyan edən hadisələrin təqib edilməsi məqsədilə ətraflı müzakirələr aparılıb.
Seminar çərçivəsində müxtəif mövzular üzrə çıxış edən məruzəçilər mövcud fəaliyyət mexanizmləri barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunda tərəflər arasında "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Təlim-Tədris üzrə yekun protokolu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim olunub.
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 13-də güclü külək əsəcək.
Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.