AzBaku.org
Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib
Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 23-də qəbul etdiyi, Azərbaycanda müəyyən hüquqi şəxslərin digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmalar üçün ayrıca tənzimləmə qaydasının müəyyənləşdirilməsini, satınalmalar üzrə müqavilələrin elektron formada (təchizatçı qeyri-rezident olduğu halda istisna edilir) rəsmiləşdirilməsini təsdiqləyib.
Bununla bağlı dövlət başçısı "Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Təklif olunan dəyişikliklərin əsas məqsədi adıçəkilən qanunun 3.2.8-1-ci altmaddəsində sadalanan hüquqi şəxslərin müəyyən maliyyə mənbələri istisna olmaqla digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmaları qanunun tətbiq dairəsindən çıxarmaqdır.
Yeni 3.2.8-1-ci maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmin qurumun idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin satınalmalarını əhatə edir. İstisna, həmçinin onların təsisçisi və iştirakçısı olduqları hüquqi şəxslərin iştirak payına uyğun satınalmalarına şamil olunur. Qanunun tətbiq edilməməsi həmin satınalmaların digər maliyyə vəsaiti hesabına həyata keçirilməsi ilə şərtləndirilir. Satınalmalar dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları və büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirildikdə bu istisna tətbiq olunmur.
2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər
Azərbaycanın 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur.
“Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunur.
Layihəyə əsasən, büdcə gəlirləri 2026-cı ilin proqnozu ilə müqayisədə 645 milyon manat və ya 1,7 faiz, xərclər isə 696,4 milyon manat və ya 1,7 faiz çox olacaq.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat, yaxud ümumi daxili məhsulun 2,2 faizi səviyyəsində proqnozlaşdırılır.
Gəlirlərin 23 milyard 774 milyon manatının qeyri-neft-qaz, 15 milyard 480 milyon manatının isə neft-qaz sektorundan formalaşacağı gözlənilir. Qeyri-neft-qaz sektorunun büdcə gəlirlərində payı 60,6 faiz təşkil edəcək.
Dövlət Neft Fondundan büdcəyə 11 milyard 900 milyon manat transfert nəzərdə tutulur. Bu, cari ilin proqnozundan 935 milyon manat və ya 7,3 faiz azdır.
Gələn il sosialyönlü xərclərə 18 milyard 733,4 milyon manat yönəldilməsi planlaşdırılır. Bu, büdcə xərclərinin 44,2 faizini təşkil edir və cari illə müqayisədə 1 milyard 582,1 milyon manat çoxdur.
Əsas xərc istiqamətlərindən müdafiə və milli təhlükəsizliyə 8 milyard 816,4 milyon manat, təhsilə 5 milyard 99 milyon manat, sosial müdafiə və sosial təminata 4 milyard 914 milyon manat, səhiyyəyə isə 2 milyard 84,1 milyon manat nəzərdə tutulur.
İşğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və digər tədbirlər üçün büdcənin bütün xərc bölmələri üzrə ümumilikdə 3 milyard 422 milyon manat yönəldilməsi planlaşdırılır.
Ombudsman Ağstafadakı partlayışa görə çağırış etdi
Mina və partlamamış hərbi sursat təhlükəsi ölkəmizdə insanların həyat və sağlamlığı üçün ciddi təhdid olaraq qalmaqda, insan hüquqlarının, xüsusilə yaşamaq hüququnun pozulmasına səbəb olmaqdadır.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, bu problem təkcə insan həyatına təhdid deyil, həm də sağlam ətraf mühitdə yaşamaq hüququnu pozan ağır ekoloji fəlakətdir. Mina və hərbi sursat partlayışları və torpaq altında uzun müddət qalan partlayıcı maddələr kimyəvi zəhərlənmə yaradır. Bu proses münbit torpaq qatını sıradan çıxarır və yeraltı su hövzələrini çirkləndirir.
"Ağstafa rayonunda baş vermiş partlayış nəticəsində bir nəfərin həlak olması, digərinin isə ağır xəsarət alması dərin təəssüf və narahatlıq doğurur.
COP31 kimi qlobal əhəmiyyətli iqlim tədbirinin keçirildiyi, dünyanın təhlükəsiz və dayanıqlı gələcək naminə təşəbbüslərini birləşdirdiyi bir dövrdə Azərbaycanda bu cür faciənin baş verməsi beynəlxalq ictimaiyyətin diqqətini mina və partlamamış hərbi sursatların yaratdığı humanitar təhlükəyə bir daha yönəltməlidir.
Şahdağa 20 sm, Qrızda 14 sm qar yağıb
Ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qar yağır.
Qar örtüyünün hündürlüyü Şahdağda 20, Qrızda 14, Xınalıqda 7, Kəlbəcərdə 5, Laçında 4, Qubadlıda 2, Qusarda (Laza) 3 sm-dir.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm-dir.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Qəbələdə 20, Oğuzda 17, Göygöldə 16, Daşkəsəndə 15, Astarada 14, Ağsuda 13, Şamaxı, Bərdə və Tərtərdə 11, Göyçayda 10, Beyləqanda 9, Lənkəran və Gədəbəydə 8, Goranboy, İmişli, Biləsuvar və Kişçayda (Şəki) 6, Lerik, Sabirabad, Şabran, Xaltan, Kürdəmir, Ağdam, Naftalan, Gəncə, Yevlax, Zərdab, Neftçala, Sarıbaş (Qax), Qobustan, Yardımlı, Naxçıvan, Xaçmaz, Mingəçevir, Şəmkir, Balakən, Cəbrayıl, Şahbuzda 1-5 mm-dək qeydə alınır. Şuşa, Xankəndi, Füzuli rayonlarında da arabir leysan xarakterli yağış yağıb.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 25 m/s-dək güclənir.
FT: ABŞ, Çin və Rusiya liderlərinin görüşü razılaşdırılmış gündəlik olmadan keçəcək
ABŞ, Çin və Rusiya APEC sammitində ölkə rəhbərlərinin görüşünün əvvəlcədən razılaşdırılmış gündəliyindən imtina etmək qərarına gəliblər.
Bu barədə mənbəyə istinadən "Financial Times" (FT) məlumat yayıb.
Qəzet bu qərarı adətən xarici həmkarları ilə ciddi şəkildə reqlamentləşdirilmiş söhbətlərdə təkid edən Çin Sədri Si Cinpin üçün qeyri-adi addım adlandırır. Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp Pekinin əvvəllər müzakirə etməkdən imtina etdiyi mövzuları - nüvə silahlarına nəzarət və onların yayılmaması məsələlərini qaldırmaq niyyətindədir.
Bununla belə, FT-nin mənbəsi vurğulayıb ki, Tramp hər hansı razılaşmanın əldə olunacağını gözləmir və yalnız ölkələr arasında diskussiyaya başlamaq istəyir.
Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən "paratrike" tipli uçuş aparatı müşahidə edilib.
Bu barədə DSX-nin Mətbuat xidmətindən bildirilib.
Kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində paratrike zərərsizləşdirilib, ümumi çəkisi 21 kiloqram 210 qram narkotik vasitə (19 kq 270 qr marixuana, 1 kq 940 qr tiryək) və 4 000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar edilərək götürülüb, uçuş aparatını idarə edən İran vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə Azərbaycan ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsi halları müşahidə edilib. Bu kimi əməllər dövlət sərhədinin toxunulmazlığına və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş qanunazidd fəaliyyət kimi qiymətləndirilir.
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Sabunçu rayonu Ramana qəsəbəsində avtomobildən 6000 manat nağd pul və bank kartları oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs nəqliyyat vasitəsinin qapısının açıq olmasından istifadə edərək qeyd edilən hadisəni törədib.
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə ikitərəfli görüşlər keçirilib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, federal Baş prokuror Eduardo Kasal ilə keçirilmiş görüş zamanı Kamran Əliyev Azərbaycan ilə Argentina arasında qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin inkişafına ölkəmizin xüsusi önəm verdiyini bildirib.
Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli xarici siyasət kursunda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ölkəmizin tərəfdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi, müxtəlif regionlarla siyasi, iqtisadi və hüquqi əlaqələrin dərinləşməsi, eləcə də dövlətlər və xalqlar arasında qarşılıqlı etimada və faydalı əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi mühüm prioritetlərdəndir. Bu baxımdan, Latın Amerikası ölkələri, o cümlədən Argentina ilə əməkdaşlığın genişləndirilməsi əhəmiyyət kəsb edir.
Baş prokuror Azərbaycanda korrupsiyaya və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizənin gücləndirilməsi və bu çərçivədə prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə həmkarına geniş məlumat verib.
İkitərəfli görüşdə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması, hüquqi yardım sorğularının operativ icrası, sübutların əldə edilməsi, cinayət törətmiş şəxslərin ekstradisiyası ilə bağlı səlahiyyətli orqanlar arasında əlaqələndirmə və beynəlxalq hüquqi əməkdaşlığın digər aktual məsələləri müzakirə olunub.
Tərəflər habelə, cinayət təqibindən kənar icraat sahəsində təcrübə mübadiləsi, korrupsiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və müasir cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Bu kontekstdə qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması və transmilli cinayətkarlıqla mübarizədə səylərin əlaqələndirilməsi baxımından Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) kimi nüfuzlu təşkilatların rolu xüsusi vurğulanıb. Həmçinin Argentina Baş prokurorunun prezidenti olduğu İbero-Amerika Prokurorlar Assosiasiyası çərçivəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Həmin gün Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə keçirilmiş ikitərəfli görüşdə Kamran Əliyev iki qurum arasında formalaşmış əməkdaşlıq əlaqələrini məmnunluqla xatırladaraq, 2019-cu il sentyabrın 18-də Buenos-Ayres şəhərində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində əməkdaşlığa dair sənədin imzalanmasının qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Eləcə də, 2023-cü il martın 23-də Yunanıstanın Afina şəhərində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidməti arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mövcud tərəfdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirdiyi qeyd olunub.
Həmçinin, hər iki görüşdə iki ölkənin prokurorluq orqanları arasında birbaşa peşəkar əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı ekspert səfərləri, birgə təlimlərin təşkili və cinayət işlərinin istintaqında qabaqcıl təcrübənin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, beynəlxalq və regional təşkilatlar, o cümlədən BPA çərçivəsində əməkdaşlığın davam etdirilməsinə dair məsələlər də görüşlərin müzakirə predmetini təşkil edib.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.
Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "BYD" idarəetmədən çıxaraq yolun kənarında park edilmiş "BMW", "Audi" və "Volkswagen" markalı avtomobillərə çırpılıb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək.
Bu barədə QMİ-dən məlumat verilib.
Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsusi Müşavirinin Ofisi (UNOSAPG) və Dini və Ənənəvi Sülh Qurucuları Şəbəkəsinin birgə hazırladığı, BMT-nin Baş Katibi Antonio Qutteriş tərəfindən təqdim olunmuş "Sülh vasitəçiliyi yolu ilə nifrət çağırışlarına qarşı mübarizə, soyqırımı və kütləvi vəhşilik cinayətlərinin, eləcə də onlara təhrikin qarşısının alınması üzrə ənənəvi və yerli liderlər, habelə xalqlar üçün Maskat Fəaliyyət Planı"na həsr olunmuş beynəlxalq platformadır.
Vurğulanıb ki, forum BMT-nin Beynəlxalq Tolerantlıq Gününə təsadüf edir. Bu, Maskat Fəaliyyət Planının əsasında dayanan dialoq, qarşılıqlı hörmət, inklüzivlik və dinc birgəyaşayış dəyərlərini bir daha təsdiqləmək üçün münasib fürsətdir. Forum ənənəvi və yerli liderləri, habelə xalqları, dini liderləri, hökumət nümayəndələrini, BMT qurumlarını və sülh quruculuğu sahəsində çalışan mütəxəssisləri bir araya gətirəcək. Burada mədəniyyətlərarası və dinlərarası dialoqun ənənəvi və yerli liderlərin, habelə xalqların öncül rolu və birgə səylərilə parçalanmaların aradan qaldırılmasına, sosial həmrəyliyin möhkəmləndirilməsinə, daha dinc və dayanıqlı cəmiyyətlərin qurulmasına töhfələri müzakirə ediləcək.
A.Paşazadə Maskat Forumunun Maskat Fəaliyyət Planının qlobal icra çərçivəsinin təqdimatına həsr olunmuş Yüksək səviyyəli açılış hissəsində çıxış edəcək.