Martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərindən sonra Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfər edəcəyini gözləyirik.
Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib səfirlərlə görüşündə bildirib.
“Türkiyə martın 31-də keçirləcək yerli seçkilərdən sonra Rusiya prezidenti Vladimir Putini qəbul edəcək”.
Ərdoğan Rusiya-Ukrayna münaqişəsi mövzusunda da danışıb. Türkiyə prezidentinin sözlərinə görə, Ankara həm Ukrayna, həm də Rusiya ilə dialoqu davam etdirir.
O, həmçinin qeyd edib ki, Rusiyanı istisna edən sülh planları “nəticə verməyəcək”.