Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi



Yanlış ayaqqabı uşağın ayaq sağlamlığına zərər verə bilər.

AZƏRTAC Ortopediya və Travmatologiya mütəxəssisi Səlim Muğrabinin mövzu ilə bağlı məsləhətlərini təqdim edir.

Eyni ayaqqabıları dəfələrlə geyinmək ayaq sağlamlığına ziyandır. Məktəb yaşlı uşaqlarda bu, daha çox özünü büruzə verir. Məktəbə gedən uşağın ən azı iki cüt ayaqqabısı olmalıdır. Ayaqqabının içərisində baş verən bakterial və göbələk infeksiyaları səbəbindən ayaqlar şişə bilər. Bu da ayaqlarda müxtəlif problemlərin yaranmasına səbəb olar. Əsasən, ayaqqabıda daban 5 santimetr və ya 2,5 santimetr olmalıdır. Bir gündən bir ayaqqabı geyinmək uşaqların ayaqlarını qoruyar, onların yorulmasının qarşısını alar. Uşaqların bir cüt idman ayaqqabısı olması da çox vacibdir. Çünki uşaqlar səhərdən günortaya və ya axşama qədər eyni ayaqqabını geyinir. Bu da nəticədə onların ayaqlarında müxtəlif problemlərin yaranmasına səbəb olur. Uşaq evə gəldikdə mütləq ayaqqabılarını çıxarmalı və ayaqlar havalandırılmalıdır. Ayaqqabılar da havalandırılmaq üçün çöldə saxlanmalıdır.

Uşaqlara ayaqqabı alarkən ilk növbədə sınaqdan keçirilməlidir. Çünki uşağın hər iki ayağı eyni ölçüdə olmaya bilər. Ayaqqabı iki ayağında da sınanmalıdır. Ayaqqabılar tək-tək sınaqdan keçirilməli və hansı sıxılma nöqtəsində problem varsa, bunlar müəyyən edilməlidir. Ayaqqabı alınarkən, onun ön hissəsində təxminən bir barmaq boşluq olmasına diqqət yetirilməlidir.