UNAIDS-in icraçı direktoru: Prezident İlham Əliyev Qoşulmama Hərəkatına canlanma gətirib



Yenidən gözəl Bakı şəhərində olmaqdan qürur duyuram və burada XI Qlobal Bakı Forumunun açılış mərasimində sizə qoşuluram. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürümü bildirirəm ki, bizi “Parçalanmış dünyanın bərpası” adlı mühüm mövzu ətrafında toplayıb. Şair Nizami Gəncəvi “körpü salan” şair idi. O inanırdı ki, qonşular və dostlar yaxındır. Nizami Gəncəvi yaradıcılığı ilə digər mədəniyyətlərə hörmətlə yanaşmağı təşviq edirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima söyləyib.
O deyib: “Prezident İlham Əliyev Qoşulmama Hərəkatına canlanma gətirib. Buna görə Zati-alilərinə təşəkkür edirəm. Azərbaycan Prezidentinin bununla bağlı plan və islahatlarını alqışlayıram. O, Azərbaycan Hökuməti qadınların Qoşulmama Hərəkatına dəstək verdi. Həmin görüşün nəticəsi olaraq Bakı Bəyənnaməsi qəbul edildi. Azərbaycan Qoşulmama Hərəkatının Gənclər Katibliyini formalaşdırdı. Ümid edirik ki, həmin katibliyin işi burada - Bakıda inkişaf etsin”.