Xəzər dənizində zəlzələ olub YENİLƏNİB


Xəzər dənizində zəlzələ qeydə alınıb.
AZƏRTAC AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 18.35-də Nardaran seysmoloji stansiyasından 165 kilometr şərqdə - Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 4.2-dir.
Zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.