
Bədii gimnastika üzrə məşqçi Leqka Daryanın rəhbərliyi altında gənc fərdi gimnastlar Ayan Sadıqova və Dəniz Abdullazadə Qazaxıstanın Astana şəhərində keçiriləcək “Alem Cup” beynəlxalq turnirində iştirak edəcəklər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, yarışda beynəlxalq dərəcəli hakim Aliyə Paşayeva ölkəmizi təmsil edəcək.


