
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər
keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirlər zamanı pirotexniki vasitələrin satışını təşkil edən bir nəfər müəyyənləşdirilib. Həmin şəxsdən müxtəlif növ partlayıcı və tezalışan maddələr aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.


