Tailandda avtobusun qəzaya uğraması nəticəsində 30-a yaxın turist xəsarət alıb



Tailandda turist avtobusu yük maşını ilə toqquşub.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, qəza martın 19-da günorta saatlarında Pattayadan Banqkoka gedən magistral yolda baş verib. İçərisində çinli turistlərin olduğu avtobus “Hino” markalı yük maşınına çırpılıb. Nəticədə 26 sərnişinin hamısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yerli xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.