Abşeronda qadın və onun azyaşlı oğlunu avtomobil vurub

Abşeronun Novxanı qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzBaku.info Report-a istinadən xəbərinə görə, şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadın və onun dörd yaşlı övladı Cavadov Salman Ucal oğlunu yolu keçmək istəyərkən avtomobil vurub.

Nəticədə S. Cavadov ağır xəsarət alıb. O, 1 Saylı Tibbi Kliniki Mərkəzə yerləşdirilib.

Hadisə zamanı ağır xəsarət almış qadın isə ölüb.