Qeydiyyat bu gün başa çatır

Qeydiyyat bu gün başa çatır


Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə qeydiyyat bu gün saat 11:00-da başa çatacaq.

Bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi elektron formada həyata keçirilir.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.