Rusiyanın Bryansk vilayətində Ukraynaya məxsus PUA vurulub
Rusiyanın Bryansk vilayəti üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatı məhv edilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, aprelin 11-də Moskva vaxtı ilə saat 09:00 radələrində Ukraynanın Rusiya ərazisindəki obyektlərdə PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Rusiya hava hücumundan müdafiə sistemləri Bryansk səmasında Ukraynaya məxsus PUA-nı məhv edib.