Türkiyəyə gələcək əcnəbi VAR hakimlərinin maaşı diqqət çəkdi
Türkiyə Futbol Federasiyası Superliqa oyunları üçün dəvət etdiyi əcnəbi VAR hakimlərinin maaşını açıqlayıb.
Onların maaşı yol xərcləri də daxil olmaqla 200 min TL-yə (10 min 494 manat) çatacaq.
Rəqəmlər açıqlandıqdan sonra VAR hakimlərinin maaşı müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Türkiyədə yerli VAR hakimləri 15 min TL (786 manat) alır. AVAR-ın hakim qonorarı isə 7 min 500 tl-dir. (393 manat)