AzBaku.info -nun xəbərinə görə, bu barədə virtualaz.org saytına nazirliyin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.
R.Mirzəyevin sözlərinə görə, hazırda ərazi nəzarətə götürülüb.
“Həqiqətən Suraxanı və Nizami rayonunun sərhədində yerləşən şam meşəliyində 2,5 hektar ərazidə hasarlanma işləri aparılır. Hasarın keçdiyi ərazilərdə 18-20 diametrlik 8 şam ağacı kökündən çıxarılıb. Ağacların kəsilməsi ilə təbiətə 5190 manat zərər vurulub. Fakt cinayət tərkibli olduğundan toplanmış materiallar Suraxanı rayon Prokurorluğuna göndərilib”, - Mirzəyev əlavə edib.
Sektor müdiri onu da deyib ki, mövcud qanunvericiliyə görə torpaq sahəsi mülkiyyətçiyə verilmədən ekoloji ekspertizadan keçirilməlidir. Ərazinin nəzarətə götürülməsi ilə bağlı icra orqanlarına məlumat verilib. Sakinlər tərəfindən salınan meyvə bağlarının məhv edilməsinə gəldikdə, sektor müdiri şikayətçilərin məhkəməyə müraciət etmələrini məsləhət görüb:
“Ərazi nəzarətdə saxlanılacaq. Artıq ağacların kəsilməsi faktı ilə bağlı araşdırma aparılır”.



