Azərbaycanda sürücünün günahı olmadan 98 qəza baş verib – 45 ölü

Sürət həddinin aşılmasına görə baş verən qəzalar da çoxluq təşkil edir
Azərbaycanda bu ilin 11 ayı ərzində sürücünün təqsiri olmadan 98 yol qəzası qeydə alınıb ki, nəticədə 45 nəfər ölüb, 54 nəfər yaralanıb. Bu barədə Baş DYP İdarəsindən məlumat verilib. Bildirilib ki, həmin dövrdə sürət həddinin aşılmasına görə qeydə alınan qəzalar yenə də çoxluq təşkil edir. Bu səbəbdən baş verən 603 qəzada 305 ölüm, 474 xəsarət faktı qeydə alınıb.
(avtosfer.az)