Kreml sülhməramlıların Azərbaycanı tərk etməsini təsdiqlədi

Kreml sülhməramlıların Azərbaycanı tərk etməsini təsdiqlədi


Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsini təsdiq edib.

Bu barədə məlumatı “Kommersant” yayıb. 

“Rusiyalı sülhməramlılar Qarabağı tərk edir”, - deyə Peskov qeyd edib.

Xatırladaq ki, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi barədə məlumat yayılıb.