Rəfahda əməliyyatla bağlı onlayn görüş keçirəcəklər
ABŞ və İsrail nümayəndələri aprelin 18-də yəhudi dövlətinin Qəzza zolağının cənubunda, Rəfahda mümkün hərbi əməliyyatı məsələsi ilə bağlı onlayn görüş keçirəcəklər.
Bu barədə amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Qeyd olunur ki, danışıqlarda ABŞ-ni prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, İsraili isə strateji planlaşdırma naziri Ron Dermer və ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Çaxi Haneqbi təmsil edəcək.(Axios)