Bakı Sağlamlıq Mərkəzinə yeni icraçı direktor təyin olundu

Bakı Sağlamlıq Mərkəzinin (BSM) rəhbərliyində təyinat olub.
AzBaku.info report-a istinadən xəbər verir ki, BSM-in icraçı direktoru vəzifəsinə Mərkəzi Klinik Xəstəxananın sabiq direktoru, türkiyəli Melikşah Acuner təyin edilib.

BSM-in baş həkimi Hikmət Həsənov açıqlamasında məlumatı təsdiqləyib. Hikmət Həsənov onu da qeyd edib ki, BSM İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının elmi-praktik bazası rolunu oynayacaq: "BSM bundan sonra publik hüquqi şəxs statusu almış tibb ocağı kimi, fəaliyyətini davam etdirəcək. Bu səbəbdən Mərkəzdə bu günə kimi olmayan yeni şöbələr açılacaq”.