“Azərbaycanla Avropa İttifaqı arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişindən sonra çox şey dəyişib”.
AzBakuşinfo APA-ya istinadən məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Avropa Xarici Əməliyyatlar Xidmətinin Avropa Komissiyası ilə birgə yaydığı Azərbaycana dair hesabatında bildirib. O deyib ki, yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə edilib:
“Gənc insanların görüşməsi, səfər etməsi, biznesin inkişaf imkanları, insan haqlarının müdafiəsi, enerji sahəsində əməkdaşlığın güclənməsi üçün birlikdə daha çox imkanların axtarışında olacağıq”.