Poroşenko axtarışa verilməsinə münasibət bildirdi
Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko Rusiya Daxili İşlər Nazirliyinin onu axtarışa verdiyi barədə məlumatı şərh edib.
Poroşenko bu barədə özünün “Telegram” kanalında yazıb.
“Bu, demək olar ki, döyüş mükafatıdır”, - deyə eks-prezident bildirib.
O qeyd edib ki, onun son illərdə gördüyü hər şey “yüksək qiymətləndirilib”.