Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kişiləri internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvləri - İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə baxış iclası keçirilib.
Hakim bildirib ki, “Azercell”ə göndərilən anten məlumatları ilə bağlı sorğuya cavab verilib.
Daha sonra vəkil Şahin Rəfiyev cinayət işində adı keçən Gültəkin Əsgərovanın şahid qismində dindirilməsini istəyib. Hakim bildirib ki, G.Əsgərovanın təqsirləndirildiyi cinayət işi ayrıca icraata götürülüb.
Məhkəmə prosesi oktyabrın 23-də davam etdiriləcək.
İttihama görə, İ.Qəhrəmanovun başına gələn hadisələr Puşkin küçəsi 10 saylı ünvanda yerləşən kafedə baş tutub. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İlkin Qəhrəmanovdan 50 manat, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Elxan Abbasovun 40 manat, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Sakit Qurbanovdan 65 manat, Yardımlı rayon sakini, 1986-cı il təvəllüdlü Muxtar Sətiyevdən 740 manat pulu bu kafedə alıblar. Həmin zaman zərərçəkmişlərin hər biri döyülərək xəsarət alıb.
Murad Əhməd