İran prezidentinin anım mərasimində bu dövlətlər iştirak edəcək - SİYAHI

İran prezidentinin anım mərasimində bu dövlətlər iştirak edəcək - SİYAHI


Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edən digər şəxslərin bu gün Tehran şəhərində keçiriləcək rəsmi anım mərasimində bir sıra dövlətlərin nümayəndələri iştirak edəcək.

“Mehr” Agentliyi anım mərasiminə qatılacaq nümayəndə heyətləri haqda informasiya yayıb.

Qeyd edilib ki, Tehrana müxtəlif səviyyələrdə 40-dan çox yüksək səviyyəli xarici nümayəndə heyəti gələcək.

Anım mərasimi yerli vaxtla bu gün saat 16:00-da İran prezidentinin səlahiyyətlətini icra edən vitse-prezident Məhəmməd Mühbir və xarici işlər nazirinin müavini Əli Bağırinin iştirakı ilə keçiriləcək.

Anım mərasimində iştirak edən xarici ölkə rəsmilərinin siyahısı belədir:

Pakistan prezidenti Asif Əli Zərdari və Pakistanın baş naziri Şahbaz Şərif;

Azərbaycanın Baş naziri Əli Əsədov, xarici işlər naziri Ceyhun Bayramov və deputatlar.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidan;

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani;

İraq Kürd Regional Rəhbərliyinin (KRH) prezidenti Neçirvan Bərzani və KRB baş naziri Məsrur Bərzani;

Hindistanın vitse-prezidenti Caqdeep Dhankhar;

Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin;

Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Buqali;

Taliban xarici işlər nazirinin müavini Emirhan Muttaki;

Şri-Lankanın xarici işlər naziri Əli Sabri;

Hizbullahın Livandakı baş katibinin müavini Şeyx Nəim Kasım;

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə.(Mehr)