Məsuliyyətli sürücülərimiz də az deyil
Tıxac, aqressiya, bir birinin yoluna çıxmaq. Avtomobil yollarında bu kimi hadisələrin az şahidi olmamışıq. Ən çox da pik saatlarda, ya da tıxaclarda sürücülərin bir-birinə qarşı aqresiyası, münasibəti daha geniş vüsət alır. Kim necə gəldi digərinin yoluna çıxır, yol hərəkəti qaydalarını pozur və çox təəssüf ki, bu hallar qəzalara səbəb olur. Amma sevindirici haldır ki, məsuliyyətli sürücülərimiz də az deyil. Sizə bununla bağlı qeyri-adi bir hadisədən bəhs edəcəyik.
Paytaxt küçələrində sıx və uzun tıxaclarda sürücülərin nümunəvi davranışı müşahidə kamerasına düşüb. Sürücülər yolda tıxac olmasına baxmayaraq təcili yardım maşının hərəkətinə mane yaratmırlar.
Tıxaca rəğmən yollardakı tıxacı gözəl idarə edib təcili yardım avtomobilə yol verib. Sürücülər təcili yardım avtomobilin tıxacda bir an belə yubanmasına imkan verməyib.
Bu məsuliyyətli sürücüləri alqışlayır, hər kəsi avtomobil sürərkən bu cür məsuliyyətli olmağa çağırırıq.