Kəndlərlə bağlı məlumat Prezidentə belə məruzə edildi - Video
Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində sərhədlərimizin mühafizəyə götürülməsi haqda xəbər Prezident İlham Əliyevə məruzə edilib.
Məruzəni general-mayor Vüsal Sultanov edib.
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan, məruzə edirəm ki, əmrinizə uyğun olaraq, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazisində, tarixi torpaqlarımızda, müqəddəs sərhədlərimiz mühafizəyə götürülmüşdür.
Hazırda burada şanlı üçrəngli bayrağımız dalğalanmaqdadır”, - general-mayor məruzəsində bildirib.