Qazaxda kafelər suyun altında qaldı
Qazax rayonunda intensiv yağan yağışlar nəticəsində çayda daşqınlar yaranıb.
Rayonun İkinci Şıxlı kəndindən keçən Xram çayında suyun artması zamanı bir neçə kafelər və əkin sahələri suyun altında qalıb.
Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafa çayın daşması nəticəsində mal bazarın ərazisi suyun altında qalıb. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti hökm sürür.