"Barselona" futbol klubunun İspaniya çempionatının 17-ci turunda "Real" ilə baş tutan oyunda fərqlənən hücumçusu Lionel Messi bu il vurduğu qolların sayını 54-ə çatdırıb və bu göstəriciyə görə liderdir.
AzBakuşinfo Report-a istinadən xəbər verir ki, argentinalı 2017-ci ildə 53 qol vuran "Real"ın hücumçusu Kriştianu Ronaldunu qabaqlaya bilib.
Messi başa çatmaqda olan 2017-ci ildə "Barselona"da 50, Argentina yığmasının heyətində isə 4 qol vurub. Ronaldunun hesabında isə "Real"a görə 42, Portuqlaliya millisinə görə isə 11 qol var.
Bir təqvim ilində Robert Levandovski ("Bavariya") və Edison Kavani (PSJ) də Ronaldu qədər qol vurub.
Yuxarıda adları hallanan futbolçular bu il daha oyun keçirməyəcəklər, "Tottenhem Hotspur" klubunun hücumçusu Harri Keynin isə (50 qol) hələ iki matçı qalıb.