Milli Şuranın ötən dəfə keçirdiyi icazəli mitinqi biabırçıqla müşahidə olunub. Belə ki, BŞİH-nin mitinqə icazə verməsinə baxmayaraq, mitinqə adam toplamaqda çətinlik çəkən təşkilatçılar camaatı pulla ələ almağa çalışıblar.
Mitinqdə müsahibə alan zaman jurnalistin sualına maraqlı cavablar verilib. Belə ki, mitinqə gələnlərdən biri açıq şəkildə bildirib ki, 20 manat verildiyinə görə, bu mitinqə gəlib: “Nə mitinq, nə etiraz, 20 manat veriblər gəlmişəm. Az pul deyil ki, axşam evimə ət alıb aparacam.”
Qeyd edək ki, özlərini birləşmiş müxalifət düşərgəsi kimi təqdim edən Milli Şura 8-10 min nəfərlik “Məhsul” stadionunu doldura bilmir. Hətta pul ilə adamlar cəlb etdiyi sonuncu mitinqdə də cəmi 1500 nəfərin iştirak etdiyi məlumdur.