Günün qoroskopu: Həddən artıq iş görməyə çalışmayın
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - işlərdən yayınmayın, məsuliyyətli davranın. İntellektual və rasional davranış nümayiş etdirin. Detallarla xırdalıqlara fikir verin.
Aldığınız informasiya və məlumatlardan maksimal dərəcədə yararlanın. Həmin bilgilərdən yeni məqsədlər üçün istifadə etmək olar.
Günün ikinci yarısında yarımçıq işlər qoymayın. Yerinə yetirməyə başladığınız layihə və ya sifarişi mütləq şəkildə tamamlamağa can atın.
Axşam saatlarında aktiv istirahət edin. Ünsiyyət sakit, təmkinli və konstruktiv olmalıdır.
Harmonik, rahat saatlar yaşayın.
Buğa - yaradıcılıq aktivliyi üçün əlverişli gündür. İdeyalarınız gələcəkdə uğura səbəb ola bilər. Məqsədə çatmaq üçün həmfikirlərinizlə çalışsanız, pis olmaz.
Hisslər və emosiyalara uymayın. Bütün əməllərdə sağlam məntiqlə davranın. Yaşam enerjisini mənasız, perspektivsiz işlərə sərf etməyin.
Bilik, bacarıq və təcrübənizi artıra biləcək istiqamətləri seçin. İşdə yenilənməyə yardım edəcək insanla təmas üçün əlverişli gündür.
Əkizlər - yaxın ətrafınızdakı insanlarla asanlıqla dil tapacaqsınız. Lakin həmsöhbətinizin emosional durumunun incəliklərinə və detallarına fikir verin.
Əks təqdirdə sərt tənqidlərə məruz qala bilərsiniz. Yerinə yetirmək istəmədiyiniz işi görməyinizi istəyəcəklər.
İşə ciddi yanaşın. İzafi tələblər, tapşırıqlar və məsləhətlərə fikir verməyin.
Təmaslar, əlaqələr, danışıqlar, müzakirələr, yaradıcılıq üçün yaxşı gündür. Günün ikinci yarısını hərəkətdə, informasiya axtarışında olun.
Alış-veriş etmək olar. İmkanınız varsa, borc almayın, kredit götürməyin.
Axşam saatlarında dincəlin.
Xərçəng - günü qarşınıza qoyduğunuz məqsədə və real işə sərf edin. Yeni tanışlıq, maraqlı söhbət və çoxdan almaq istədiyiniz əşyanının əldə olunması mümkündür.
Mühüm məsələlər və ümumi planları yaxınlarınızla müzakirə edin.
Praktiki mənası olan ideyalar və fikirlər ola bilər.
Özünüzü daha əmin hiss etmək üçün yaşam arealınızdakı xaosu nizama çevirin. Hisslərinizi saf-çürük edin, emosiyalarınıza uymayın.
Soyuqqanlı və təmkinli olun.
Axşam saatlarında sabahın planını hazırlayın.
Şir - günə aktiv başlayın. Fəal olun, yaranmış şansları əldən verməyin. Perspektivi düşünün. Heç nəyi mürəkkəbləşdirməyin. Sizin üçün önəmli insanlarla təmaslarda mühüm məqamlardan yayınmayın.
Diqqətinizi səbirsizliklə gözləyən insanları xatırlayın.
Alış-veriş üçün yaxşı gündür. Amma bilin ki, bahalı mal həmişə keyfiyyətli olmur.
Səhhətinizə fikir verin. Axşam saatlarına yaxın təəssüratların sayı artacaq. Onlar sizin üçün mühüm mövzuların genişlənməsi və inkişafı üçün təkan ola bilər.
Qız - yaxın gələcəkdə həll etmək məcburiyyətində qalacağınız məsələlərlə bağlı aydın təsəvvürünüz olacaq. Perspektiv planları müzakirə edin. Sizi nikbin dəyişikliklər gözləyir.
Ev işləri ilə də məşğul olmağı unutmayın.
İşdə çalışarkən diqqətli olun, başqalarının sizin tapşırığınıza, sifariş və ya layihəsinə müdaxilə etməsinə imkan verməyin.
Rəhbərliklə danışıqlarda məntiqli olun, irreal tələblərlə çıxış etməyin. Amma öz hüquqlarınızı da qoruyun.
Qüvvənizi yeni istiqamətdə və işdə yoxlaya bilərsiniz. Axşam saatlarında yaxşıca dincəlin.
Yaxınlarınızla münasibətlərə daha çox diqqət ayırın. Onlar tərəfdən xahiş və ya tələb gözləməyin.
Ailə üzvlərinin qayğısına qalın, onlara yalan danışmayın.
Tərəzi - tələskənlik etməyin, cari məsələlərlə aramla məşğul olun. Fəaliyyət sahənizi genişləndirmək və yeni istiqamətlər müəyyənləşdirmək üçün əlverişli zamandır.
Təkliflər, məlumat mübadiləsi və müzakirələr gələcəklə bağlı yeni perspektivləri müəyyənləşdirə bilər.
Layihələrini genişləndirmək, tərəfdaşlar tapa bilmək üçün gərəkli çevrədə olmağa çalışın. Yaşam arealınızda qayda yaradın.
Səbrli, soyuqqanlı iş və hisslərinizdə "təmizlik əməliyatı" daxili stabillik hissi yaradacaq, sizə güc və qüvvə verəcək.
Əqrəb - yaşananlara ciddi yanaşın, olanları ciddi qiymətləndirin. Günün zahiri fonu pis deyil.
Ünsiyyət, təmaslar, faydalı informasiyanın alınması üçün məhdudiyyət yoxdur. Hansısa hadisə və ya insan özünü xatırladarsa, bu təsadüf deyil. Gərkli zənglər edin, məktublar yazın. Sizdən diqqət nişanələri gözləyən insanı pərişan etməyin.
Vədləri yerinə yetirin.
Şəxsi münasibətlər müstəvisində yaşananlara süni təkan verməyin. Belə təkan olmadan da qəfil dönüş, sizi düşünməyə vadar edən olay yaşana bilər.
Axşam saatlarını dostlar və ya qohumlarla birlikdə keçirin.
Maraqlı məkana yollanmaq olar.
Oxatan - praktik olun, fəqət yaradıcı ideyaları da unutmayın. Detallara yetərincə diqqət ayırın, mühüm heç nəyi nəzərdən qaçırmayın.
Ev işləri və təmir üçün əlverişli gündür. İşdə isə sərvaxt olun, qarşınızda durmuş problemi həll edin, layihə və ya tapşırığı vaxtında bitirin.
Səhhətinizə fikir verin. Axşam saatlarında gəzintiyə çıxın.
Axşam saatlarında diskussiyalar yarana bilər.
Sizə əziz insanlarla münasibətlərə dəyər verin. Münaqişə yaranarsa, tez barışın.
Oğlaq - yeni imkanlar və şansların yarandığı gündür. Bir qədər fəal olsanız, həmin imkanlardan maksimal dərəcədə istifadə edə bilərsiniz.
İnformasiya və ünsiyyətdə yeni məlumatlar, sürprizlər, detalların aşkarlanması olacaq.
Ev işləri ilə məşğul olmaq fikrinə düşsəniz, məhsuldar və çalışqan olun. Gərəkli yerə baş çəkin, lazımi avadanlıq və materialları alın.
İşləyin, tənbəllik etməyin.
Səfər və ya ezamiyyət üçün uğurlu gündür.
İnternetdə məlumat axtarışı, virtual səyahətlər üçün axşam saatlarını ayırın. Real və virtual ünsiyyət, görüşlər maraqlı olacaq.
Dolça - səhər saatlarından etibarən fərqli və çeşidli işlərlə məşğul olacaqsınız. İşlə bağlı gərginlik sizi stress vəziyyətinə salacaq.
Həddən artıq iş görməyə çalışmayın. Ailədə sizin öhdəlikləriniz hesab olunan işlərdən yayınmayın.
Günün ikinci yarısında alış-veriş edin.
Yaxın dostlarla vaxt keçirin, yaşam arealınızı qaydaya salın. Perspektivlərin müzakirəsi, maliyyə məsələlərinin nəzərdən keçirilməsi üçün əlverişli zamandır.
Balıqlar - praktiki olaraq bütün məsələlər indi ön plandadır. Ola bilər ki, bəzi planlar və layihələrə yenidən baxmaq vaxtı çatıb.
Tərəfdaş, yaxud iş yoldaşınız sizi yeni addımlara sövq edə bilər. Hazırda çalışan layihələri daha da inkişaf etdirmək üçün yeni imkanlardan yararlanmağın yollarını düşünün. Yaşamınızda yeni maraq obyekti peyda ola bilər.
Şəxsi münasibətlər müstəvisində önəm verdiyiniz insanla təmasları intensivləşdirə biləcək nüanslara fikir verin.
Diqqətli və həssas olun.