7 ildir pudinqdən başqa heç nə yemir
Böyük Britaniyada 7 ildir Yorkshire pudinqlərinə aludə olan 11 yaşlı Tallulah Dent nəhayət, hipnoz sayəsində düzgün yeməyə başlayıb.
Balaca qız dörd yaşından etibarən hər gün şam yeməyində müntəzəm olaraq 6 pudinq yeyib.
Xüsusi qayğıya ehtiyacı olan uşağın anası bir gün tərəvəzli toyuq tikəsini qızına verdikdə, göz yaşlarına boğulduğunu görüb mütəxəssislərdən kömək istəməli olub. Qızın anası 41 yaşlı Gemma deyir:
"Bir gün uşaq bağçasından qayıtdıqdan sonra o, bəzi yeməklərdən imtina etməyə başladı. Əvvəllər həqiqətən də toyuq yeməyi xoşlayırdı, lakin sonra onların fərqli göründüyünü dedi".
Sonda bir gün qızı tərəvəzli toyuq tikəsini yeyə bilməyib, ağlayan zaman ana mütəxəssislərdən kömək istəməli olub.
Tallulah Dent adlı bu qızcığaza yemək pozğunluğu diaqnozu qoyulub. Dr. David Kilmurry 12 seans hipnoterapiya keçirib.
Hipnoterapevtin sözlərinə görə, gənc xəstə hipnoza yaxşı reaksiya verib və dərhal sağlam qidalar yeməyə başlayıb.