İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah İspaniyanın “Real” komandasına keçməyə razılıq verib.
Bu barədə Daily Star nəşri yazır.
Bildirilir ki, Misir yığmasının 25 yaşlı futbolçusu öz menecerlərinə kral klubu ilə danışıqlara başlamağa icazə verib.
Madrid təmsilçisi hücumçuya görə 100 milyon avro təklif edir. Salah “Real”ın heyətində Qaret Beyli əvəz edəcək.
Qeyd edək ki, “Liverpul” Salahı yayda “Roma”dan 42 milyon avroya alıb. 25 yaşlı yarımmüdafiəçi cari mövsümdə keçirdiyi 27 rəsmi oyunda 21 qol vurub.
(oxu.az)