Rusiya Xarkovu növbəti dəfə vurdu
Rusiya qüvvələri Xarkovu növbəti dəfə vurub.
Bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.
"Saat 17:35 radələrində düşmən şəhəri atəşə tutub. İlkin məlumata görə, ruslar KAB-lardan istifadə ediblər. Hücum yanğınla nəticələnib", - o deyib.
Xarkov meri İqor Terexov bildirib ki, müxtəlif ünvanlarda yaşayış binalarına, qarajlara və avtomobillərə ziyan dəyməsi qeydə alınıb:
“Binalardan birinin dağıntıları altında insanlar ola bilər”.