Həlak olan hərbçimiz Ordubadda dəfn ediləcək
Azərbaycan Ordusunun itkin düşərək həlak olan əsgəri Ordubad rayonunun Gənzə kəndində dəfn ediləcək.
İyunun 9-da naməlum şəraitdə itkin düşərək həlak olan Azərbaycan Ordusunun əsgəri Ceyhun Tofiq oğlu Hüseynov bu gün Ordubad rayonunun Gənzə kəndində dəfn olunacaq.
Hazırda həlak olan əsgərimizin nəşi doğulduğu Gənzə kəndinə aparılır.