Dağıstan müftisi Əhməd Abudllayevin həyat yoldaşı Ayna Həmzətova Rusiya prezidentliyinə namizədliyini irəli sürəcək.
Oxu.Az-ın İnterfax-a istinadən məlumatına görə, A.Həmzətovanı dəstəkləyən seçicilər şənbə günü Mahaçqalada iclas keçirəcəklər.
46 yaşlı Həmzətova Rusiyada ən böyük müsəlman informasiya holdinqinin rəhbəridir. O, Rusiya Jurnalistlər İttifaqının üzvü və İslam jurnalının baş redaktorudur.
A.Həmzətovanın sənədləri yanvarın 5-nə qədər Rusiya Mərkəzi Seçki Komitəsinə təqdim olunacaq.