Siyəzəndə kişini qatar vurdu

Siyəzən rayonunda bədbəxt hadisə qeydə alınıb.

AzBaku.info verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayon sakini Məmmədov Vasif Məmməd oğlunu qatar vurub. O, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. V.Məmmədovun yuxarı ətrafının pəncə hissəsi amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.