Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq

Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

Bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

Dövlət başçıları arasında görüşün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulun 3-4-də Astanada keçiriləcək sammiti çərçivəsində baş tutacağı bildirilib.