Ayaqqabı bağı ilə özünü asdı
Ötən gün Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
Hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbədə yerləşən nömrəsiz fərdi evdə yaşayan Teymur Hümbətov hamam otağındakı borudan boyun nahiyəsinə düyünlədiyi ayaqqabı bağı ilə özünü asaraq intihar edib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.