Husilər Qırmızı və Ərəb dənizlərində 160-dan çox gəmiyə hücum ediblər
Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) ötən ilin noyabrından bəri Qırmızı və Ərəb dənizlərində ümumilikdə 162 gəmiyə zərbələr endirib.
Bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.
Hərəkatın lideri Abdel Malek əl-Husinin sözlərinə görə, cəmi bir həftə ərzində 6 gəmi hücuma məruz qalıb, bu müddət ərzində ballistik və qanadlı raketlərdən, pilotsuz uçuş aparatlarından istifadə edilib.
Qeyd edək ki, Qəzza zolağında münaqişənin alovlanmasından sonra “Ənsar Allah” İsrail ərazisinə hücum etməklə Qəzzada əməliyyat dayandırılanadək İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi ilə hədələyib.