Ermənistan sərhədçilərinin öldürdükləri deyilən azərbaycanlı sürücü ilə bağlı - Açıqlama + Yenilənib

Ermənistan sərhədçilərinin öldürdükləri deyilən azərbaycanlı sürücü ilə bağlı - Açıqlama + Yenilənib

İyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.

Bu barədə məlumat teleqram kanallarında yayılıb.

İnsident milli zəmində baş verib. Belə ki, İran-Ermənistan sərhədinin "Nurduz" sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməni əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə nəticələnib.

Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə bir neçə saatdan sonra gəliblər.

Bu səbəbdən azərbaycanlı sürücü dünyasını dəyişib.

Hələlik baş verən hadisə barədə rəsmi açıqlama verilməyib.

***

İranın Qafandakı baş konsulu Morteza Abedin Varam hazırda sürücünün vəziyyətinin yaxşı olduğunu bildirib:

“Xoşbəxtlikdən döyülən sürücünün vəziyyəti yaxşıdır, o, evə buraxılıb. Ermənistan polisinə şikayət edilib, iş araşdırılır”. (Apa)