Mirzoyan Nyu-Yorka gedir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 15-16-da Nyu-Yorkda rəsmi səfərdə olacaq.
Bu barədə məlumatı Ermənistan XİN yayıb.
Bildirilir ki, erməni nazir BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksəksəviyyəli Siyasi Forumun Nazirlər Seqmentində iştirak edəcək.
Mirzoyanın səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.