Türkiyədə meşə yanğını zamanı üç nəfər ölüb

Türkiyədə meşə yanğını zamanı üç nəfər ölüb

Türkiyənin İzmir şəhərinin Çeşmə rayonunda baş verən meşə yanğını zamanı üç nəfər həlak olub.

Meşə yanğınları ilə əlaqədar 2 təyyarə, 4 helikopter, 16 su maşını, 3 su təchizatı maşını bölgəyə göndərilib.

Yanğın bölgəsində itkin düşdüyü bildirilən 3 nəfərin cəsədi tapılıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

TRT Haber