Qusarda doğulan üçəmlərin atası Murovda xidmət edir - FOTOLAR

Əmrulla Əmrəliyev xidmətdə seçilən, nümunəvi hərbçilərdəndir

Müdafiə Nazirliyinin bir qrup əməkdaşı Qusarda doğulan üçəmlərin atası, hərbi qulluqçu Əmrulla Əmrəliyevin ailəsinə baş çəkib.AzBaku.info AzərTAc-a istinadən verdiyi məlumata görə, 10 ilə yaxındır silahlı qüvvələrin hərbçisi olan gizir Əmrulla Əmrəliyev ön cəbhədə, Murovdağ bölgəsində qulluq edir. Görüşdə iştirak edən Nazirlik rəsmisi Abdulla Qurbani bildirib ki, Əmrulla Əmrəliyev xidmətdə seçilən, nümunəvi hərbçilərdəndir. Döyüş və mənəvi-psixoloji hazırlıq əlaçısıdır. Ailə vəziyyəti ilə əlaqədar xidmətini doğma rayonuna yaxın hərbi hissələrin birində davam etdirmək təklif olunsa da, o, cəbhə bölgəsində qalmaq istədiyini bildirib.

Qeyd edək ki, üçəmlər dekabrın 24-də Prezident, Ali Baş Komandan İlham Əliyevin doğum günündə dünyaya gəldiyindən oğlan uşağına İlham adı qoyulub. Qız uşaqlarına isə Fatimə və Zəhra adları verilib.