“Sərhədlərin açılması regiona müsbət təsir göstərəcək” - Mirzoyan
"Ermənistan Türkiyə ilə sərhədlərin açılmasında maraqlıdır".
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkdakı toplantıda deyib.
“Ermənistan davamlı olaraq Türkiyə ilə münasibətləri tam həll etmək, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq üçün səylər göstərir. Bu səylər uğurlu olarsa, şübhəsiz ki, sərhədlərin açılması regiona müsbət təsir göstərəcək”, - Mirzoyan bildirib.