Xeyli adama borcu olan şəxsin çürümüş meyiti tapıldı
Beyləqanda asılmış vəziyyətdə 41 yaşlı çürümüş kişi meyiti tapılıb.
Hadisə rayonun Bolsulu qəsəbəsində qeydə alınıb.
1983-cü il təvəllüdlü Kəbirli kənd sakini Həsən Qənbər oğlu Qənbərlinin ciddi çürümə əlamətləri olan asılmış meyiti yardımçı tikilidə aşkar edilib.
İlkin məlumata görə, Həsən Qənbər oğlu Qənbərlinin bir çox adama borcu olub.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.