Efiopiyada 257 nəfər öldü, 3 günlük matəm elan edildi

Efiopiyada 257 nəfər öldü, 3 günlük matəm elan edildi

Efiopiyada torpaq sürüşməsi zamanı 257 nəfərin həyatını itirməsinə görə 3 günlük matəm elan edilib.

Bu barədə Xalq Nümayəndələri Məclisi qərar qəbul edib.

Qərara əsasən dünyanın müxtəlif yerlərində rəsmi binalarda, səfirlik və konsulluqlarda bayraqlar yarıya qədər endiriləcək.

Qeyd edək ki, ölənlərin sayının 500-ə çatacağı ehtimal olunur.