Qarabağ Universitetində - Yeni təyinatlar

Qarabağ Universitetində - Yeni təyinatlar

Qarabağ Universitetinə prorektorlar təyin olunub.

Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Belə ki, Nərgiz İsmayılova ali təhsil müəssisəsinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov isə elm və innovasiya məsələləri üzrə prorektoru vəzifələrinə təyin olunublar. 

Qeyd edək ki, N. İsmayılova bu təyinatadək Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması şöbəsinin müdiri və TİF-in İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb. F. Əhmədov isə bu təyinatadək UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsində işləyib.