İran hərbi əməliyyatlara hazırlaşır

İran hərbi əməliyyatlara hazırlaşır

“İran HƏMAS lideri İsmayıl Haniyənin qətlə yetirilməsinə cavab olaraq İsrailə qarşı xüsusi hərbi əməliyyat keçirməyə hazırlaşır”.

Bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyinin rəsmi “X” hesabında məlumat yerləşdirilib. 

Qeyd edək ki, Haniyənin ölümündən sonra Tehranda qisas bayrağı qaldırılıb. İranın ali lideri Əli Xamenei isə bu addımın cavabsız qalmayacağını bildirib.