Bu gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümündə şübhəli bilinən daha bir nəfər həbs olundu.
AzBaku.info Yeni Şafak nəşrinə istinadən xəbər verir ki, həbs olunan Mustafa Timur Özkan, səfirin öldürüldüyü sərginin təşkilatçısı olub.
Özkan qəsdən adam öldürmədə iştirakda ittiham olunur.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada - Müasir Sənət Mərkəzində “Rusiya Kalininqraddan Kamçatkaya qədər səyahətçilərin gözü ilə” adlı rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb. Qətli rusiyalı və türkiyəli mütəxəssislərdən ibarət qrup araşdırır.