Putinin “qırmızı xətti” yoxmuş, qorxmayın - Hoces

Putinin “qırmızı xətti” yoxmuş, qorxmayın - Hoces


Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində apardığı əməliyyat göstərdi ki, Rusiyanın “qırmızı xətləri” yoxdur.

Bu sözləri ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı general-leytenant Ben Hoces deyib.

"Bu, Putinin eskalasiyaya gedəcəyi və nüvə silahından istifadə edəcəyi qorxusunu rədd edir. Onun etdiyi ən pis şey Ukraynadakı supermarketə raket zərbələri endirmək olub. Biz uzun müddət dözdük”, - o bildirib.

O qeyd edib ki, Ukraynanın Kurska hücumu Rusiyanı öz hərəkətlərini yenidən düşünməyə məcbur edəcək