Ramzan Kadırovun oğluna Çeçenistanın ən yüksək fəxri ordeni verildi
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, respublika liderinin təhlükəsizlik idarəsinin rəhbəri Adam Kadırov Çeçenistanın ən yüksək fəxri ordeni olan “Kadırov ordeni” ilə təltif edilib.
Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Ahmad Dudayev Adam Kadırovu əsl vətənpərvər, müsəlman və çeçen adlandırıb.
Keçən ilin oktyabrında Adam Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı oldu, noyabrda isə İslam dininin möhkəmlənməsi və onun qorunmasında mühüm şəxsi töhfəsinə görə 1-ci dərəcəli “İslam dininə xidmətə görə” adına layiq görüldü.(Ria Novosti)